"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi - Kadini onunla əvəzlədi

10:17 - 21 Noyabr 2025

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətini yeniləyib. 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi uzun müddət oynaya bilməyəcək braziliyalı cinah oyunçusu Kadinin yerinə ispaniyalı yarımmüdafiəçi Coni Montieli sifariş edib.

Xatırladaq ki, Kadi Çempionlar Liqasının dördüncü turunda "Çelsi" ilə 2:2 hesabı ilə başa çatan görüş zamanı zədələnmişdi.

Onun 2 aydan çox oynaya bilməyəcəyi dəqiqləşib.

UEFA-nın qaydalarına əsasən, futbolçu 2 aydan çox müddətə sıradan çıxıbsa, onu başqası ilə əvəzləmək mümkündür.
 

Xəbər xətti