Qattuzo İtaliya millisinin şanslarını dəyərləndirdi: "Gələcəyə inamla baxarıq"

11:34 - 21 Noyabr 2025

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo 2026-cı il Dünya Kuboku pley-off oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Şimali İrlandiyaya qarşı keçirəcəkləri görüş haqda danışıb:

"Şimali İrlandiya fiziki cəhətdən güclü komandadır. Özü də, heç vaxt təslim olmurlar. Mübarizə aparmalı olacağıq, bunu üç aydır deyirəm. Bilirdik ki, biz pley-off mərhələsini keçməliyik. Bu, təkmilləşdirməli olduğumuz bir yoldur, amma gələcəyə inamla baxırıq".

Pley-off yarımfinalında İtaliya Şimali İrlandiyanı qəbul edəcək. Oyun martın 26-da İtaliyada keçiriləcək. "Mavilər" qalib gələrsə, martın 31-də keçiriləcək finalda səfərdə Uels - Bosniya və Herseqovina görüşünün qalibi ilə üz-üzə gələcək. 

Xəbər xətti