A Seriyası nəhəngləri "Fənərbaxça"nın hücumçusu ilə maraqlanır

11:59 - 4 Dekabr 2025

"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" və "Roma" mərakeşli forvardı transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Hər iki klub yanvar ayında En-Nesiri üçün İstanbul nəhənginə rəsmi təkliflər müraciət edəcək. İngiltərədən bir neçə klub da 28 yaşlı futbolçu ilə maraqlanır.

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 1  məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti