"Aston Villa"nın İngiltərə Premyer Liqasının 14-cü turunda "Brayton" üzərində 4:3 hesablı qələbəsi baş məşqçi Unai Emeri üçün xüsusi əhəmiyyət kəsb edib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun tarixində İngiltərə çempionatında ən çox qələbə qazanan məşqçi kimi rekordçuya çevrilib.
Birmingem təmsilçisi Emerinin rəhbərliyi altında Premyer Liqada 115 oyunda 62 qalibiyyət əldə edib. Bu göstərici əvvəlki rekordçular Con Qreqori (147 matçda 61 qələbə) və Martin O’Nili (149 oyunda 61 qələbə) geridə qoyub.
Qeyd edək ki, "Aston Villa" 14 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
