AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Oyunçu "Ağsu" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.
Bu səbəbdən matç yarımçıq dayandırılıb və "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
saytlarin hazirlanmasi
