"Qarabağ"ın geri qaytarmaq istədiyi forvard bu kluba keçir - tanınmış məşqçi onu komandasına cəlb edəcək

19:22 - 4 Dekabr 2025

"Flamenqo"nun hücumçusu Juninyo Braziliyada klubunu dəyişməyə yaxındır.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, qış “transfer pəncərəsi” zamanı “Qarabağ”a geri qayıdacağı gözlənilən forvard ölkəsində qalmağa yaxındır.

O, “Bahia” ilə danışıqlar aparır. Bu klub başa çatan mövsüm Braziliya A seriyasını 6-cı pillədə başa vurub.

“Bahia”nı Braziliya futbolunun əfsanələrindən hesab edilən veteran qolkiper Rojeri Seni çalışdırır.
 

Xəbər xətti