Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Neymar haqda danışıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis yaxşı formada olacağı təqdirdə "Santos"un vingerini dünya çempionatı üçün milli komandaya çağıracağını bildirib:
"Neymarla çox maraqlandığınızı başa düşürəm. Hazırda dekabr ayındayıq. Dünya çempionatı isə iyun ayında başlayacaq. Heyəti may ayında açıqlayacağam. Heyət açıqlanan vaxt Neymar layiq olsa, dünya çempionatında oynayacaq. Vəssalam".
Qeyd edək ki, Braziliya yığması DÇ-2026-nın C qrupunda Mərakeş, Şotlandiya və Haiti ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
