İngiltərə klubunda 37 yaşlı qapıçı

11:55 - 3 Yanvar 2026

İngiltərənin "Bornmut" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Freyzer Forsterlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qolkiperlə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Freyzer Forsterin son klubu "Tottenhem" olub. İngiltərəli "əlcək sahibi" 2025-ci ilin yayında London nəhəngindən ayrılmışdı.

Xəbər xətti