"Səbail" Rəhman Hacıyevlə yollarını ayırır - "Şəfa"ya keçə bilər

12:29 - 3 Yanvar 2026

I Liqada qarşısına çempionluq hədəfi qoyan "Səbail" Rəhman Hacıyevlə yollarını ayırmağa hazırlaşır.

Sportal.az saytının əldə etdiyi məlumata görə, artıq komandanın baş məşqçisi bu məsələylə bağlı mövqeyini rəhbərliyə deyib. Adil Şükürov Rəhman Hacıyevin performansından məmnun deyil və onu sərəncamında görmək istəmir. 

Artıq Rəhman Hacıyevi heyətində görmək istəyən klub da var. Bu, I Liqada "Səbail"in çempionluq mübarizəsində əsas rəqibi "Şəfa"dır. 

Qeyd edək ki, I Liqada 12 turdan sonra "Şəfa" 30 xalla 1-ci, "Səbail" 22 xalla 3-cü yerdədir. 

Xəbər xətti