"Barselona" klubunda Frenki de Yonqun zədəsi ilə bağlı təfərrüatlar açıqlanıb. Daha əvvəl bildirilmişdi ki, yarımmüdafiəçi məşq zamanı əzələ zədəsi alıb.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun açıqlamsında bunlar qeyd olunub:
“Bu gün səhər məşq zamanı əsas komandanın futbolçusu Frenki de Yonq sağ ayağın ikibaşlı əzələsinin distal hissəsindən zədə alıb. Müayinələr göstərir ki, bərpa prosesi 5–6 həftə davam edəcək”.
saytlarin hazirlanmasi
