"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.
"Qırmızı şeytanlar" 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 90 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayından "Milan"dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə "sağsağanlar"ın heyətində meydana çıxdığı 53 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
