Türkiyə millisinin üzvü "Trabzonspor"a keçir

18:25 - 6 İyun 2026

"Rizespor"la müqaviləsi başa çatan Samet Akaydın Super Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Trabzonspor" türkiyəli müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

Super Liqa nəhəngi Akaydınla ilkin danışıqlar aparıb. Azad agent statusunda olan 32 yaşlı mərkəz müdafiəçisi "Trabzonspor"un 2+1 illik müqavilə təklifini qəbul edib.

Qeyd edək ki, Samet Akaydın 2025-ci ilin yanvarından "Rizespor"da çıxış edirdi. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti