"Bavariya" "Arsenal"ın vingeri ilə maraqlanır

18:40 - 6 İyun 2026

"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

İngiltərə klubu 24 yaşlı oyunçuya 50 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Arsenal" Qabriel Martinellini 2019-cu ilin yayında ölkəsinin "İtuano" klubundan 7 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürməsi ilə yadda qalıb.

Xəbər xətti