Füzuli Məmmədov 1-ci Liqa klubuna baş məşqçi təyin olundu

22:11 - 8 İyun 2026

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.

Sportal.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Füzuli Məmmədovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.

Xəbər xətti