UEFA-nın Nyon şəhərindəki qərargahında Avropa Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.
Sportal.az xəbər verir ki, bu mərhələdə turnirin əsas mərhələsinin iştirakçıları müəyyənləşəcək.
Püşkatmanın nəticələrinə əsasən, aşağıdakı cütlüklər müəyyənləşib:
Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan) / Qurnik Zabje (Polşa)
Sint-Truyden (Belçika) – Linkoln Red İmps (Cəbəllütariq) / Omoniya (Kipr)
KuPS (Finlandiya) / Universitatya Krayova (Rumıniya) – Ararat (Ermənistan) / Selye (Sloveniya)
Hapoel Bersheva (İsrail) / Srvena Zvezda (Serbiya) – Viktoriya Plzen (Çexiya)
Şemrok Rovers (İrlandiya) / Eqnatiya (Albaniya) – Lillestrem (Norveç)
Yagelloniya (Polşa) / Reyncers (Şotlandiya) – Larn (Şimali İrlandiya) / İberiya Tbilisi (Gürcüstan)
Myealbyu (İsveç) / Slovan Bratislava (Slovakiya) – Pafos (Kipr) / Saltsburq (Avstriya)
Levski Sofiya (Bolqarıstan) / Kayrat (Qazaxıstan) – PAOK (Yunanıstan) / Anderlext (Belçika)
Lex (Polşa) / Kklaksvik (Farer adaları) – Tun (İsveçrə) / Vikinqur (İslandiya)
Hradec Kralove (Çexiya) / Beşiktaş (Türkiyə) – Dinamo Zaqreb (Xorvatiya) / Jalgiris Kaunas (Litva)
Benfika (Portuqaliya) / Harts (Şotlandiya) – Orxus (Danimarka) / Sabah (Azərbaycan)
OFİ (Yunanıstan) – Makkabi Təl-Əviv (İsrail) / MOİK Sofiya (Bolqarıstan)
İki oyunluq qarşılaşmaların qalibləri Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar, məğlub olan komandalar isə avrokubok mövsümünü Konfrans Liqasının əsas mərhələsində davam etdirəcəklər. Pley-off mərhələsinin ilk oyunları avqustun 20-nə, cavab matçları isə avqustun 27-nə təyin olunub.
saytlarin hazirlanmasi
