"Parma"nın qapıçısı Zion Sudzuki karyerasını Fransada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, PSJ yaponiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Liqa 1 nəhəngi Sudzuki üçün İtaliya klubuna 33 milyon avroluq təklif göndərib. 23 yaşlı "əlcək sahibi" PSJ-yə keçməyə isti yanaşır.
Qeyd edək ki, "Parma" Zion Sudzukini 2024-cü ilin yayında "Sint-Truyden"dən 8,2 milyon avroya transfer edib. Yaponiya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 30 qol buraxıb.
saytlarin hazirlanmasi
