"Barselona" "Real"a rəqib oldu

19:58 - 3 Avqust 2026

"Barselona" İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin "Mançester Siti"dən "Real"a potensial transferini yaxından izləyir.

Sportal.az "Cadena Car"a istinadən xəbər verir ki, ispaniyalı futbolçuya olan marağının səbəbi Frenki de Yonqun zədəsi ilə bağlı olduğu bildirilir.

Kataloniyalılar Rodri ilə müqavilə imzalamaq imkanlarını araşdırır. İspan onlara keçmək istəsə, maliyyə şərtləri də razılaşdırılarsa, "Barsa" hərəkətə keçmək niyyətindədir.

Ötən mövsüm Rodri bütün yarışlarda 33 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Xəbər xətti