"Karvan-Yevlax"dan ayrılan Elvin Yunuszadənin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Yunuszadə "Boluspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Elvin Yunuszadə 2025/26 mövsümündə "Karvan-Yevlax"ın heyətində 19 oyunda meydana çıxıb. Təcrübəli oyunçu "Neftçi" və "Qarabağ"la 5 dəfə Azərbaycan çempionu olub.
saytlarin hazirlanmasi
