Bubişta Kabo-Verde milli komandasının baş məşqçisi vəzifəsini tərk edib.
Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssis Mərakeşin "Renessan Berkane" klubunu yeni çalışdıracaq. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Bubişta 2020-ci ildən Kabo-Verde yığmasına rəhbərlik edirdi. O, komandasını iki dəfə Afrika Millətlər Kubokunun pley-off mərhələsinə çıxarıb, bundan sonra ölkə tarixində ilk dəfə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Milli mundialda 1/16 finala qədər irəliləyib və orada əlavə vaxtda Argentinaya uduzaraq mübarizəni dayandırıb.
"Renessan Berkane" ötən mövsümün yekunlarına əsasən Mərakeş çempionatında ikinci yeri tutub.
saytlarin hazirlanmasi
