"Vest Hem"in yarımmüdafiəçisi Edson Alvares karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Real Sosyedad" meksikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
La Liqa təmsilçisinin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidini yaxın günlərdə həll edəcəyi bildirilir.
Qeyd edək ki, Edson Alvares 2025/26 mövsümündə icarə əsasında "Fənərbaxça"da çıxış edib. Meksika millisinin üzvü İstanbul nəhənginin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
