“Milan”ın Kristofer Nkunkunu transfer etmək üçün tələbi məlum olub.
Sportal.az xəbər verir ki, İtaliya klubu 28 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir. “Leypsiq” futbolçunu satınalma hüququ ilə icarəyə götürmək istəyir, lakin bu format “Milan”ı qane etmir.
Fransalı futbolçuya başqa klubların da marağı var. Nkunku isə hələ gələcəyi ilə bağlı yekun qərar verməyib.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında Nkunku 32 oyunda 7 qol və 3 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi
