Françesko Pio Esposito “İnter”lə müqaviləsini uzadacaq.
Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, Milan klubu ilə 21 yaşlı hücumçu 2031-ci ilə qədər yeni müqavilə imzalamağa yaxındır.
Matteo Morettoya əsasən, Espositonun yeni müqavilə üzrə illik qazancı 2,5 milyon avrodan bir qədər çox olacaq.
İtaliyalı futbolçu ötən mövsüm A Seriyasında 35 oyunda 7 qol və 3 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi
