"Mançester Siti"dən Səudiyyə Ərəbistanına 61 milyon avroluq transfer

21:15 - 19 Avqust 2026

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ticani Reynders Səudiyyə Ərəbistanına üz tutub.

Sportal.az xəbər verir ki, "Əl-Qadisiyah" niderlandlı oyunçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər Reynders üçün İngiltərə klubuna 61 milyon avro təzminat ödəyiblər. 28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Mançester Siti" Ticani Reyndersi 2025-ci ilin yayında "Milan"dan 55 milyon avroya transfer etmişdi. Niderland millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 60 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti