"Tvente" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Enşede təmsilçisinin sabiq futbolçusu Vaqif Cavadov bu gün komandanın düşərgəsini ziyarət edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hazırda Azərbaycanın U-20 milli komandasında məşqçi kimi çalışan Cavadov 2010/11 mövsümündə "Tvente"də çıxış edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşması saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
