İngiltərə millisinin sabiq üzvü məhkəmə qarşısına çıxacaq

16:59 - 26 Avqust 2026

Rahim Sterlinqin karyerası gərgin dövrünü yaşamağa davam edir.

Sportal.az xəbər verir ki, ulduz futbolçu gələn ay yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra ciddi ittihamlara cavab vermək üçün Beyzinqstok magistrat məhkəməsinin qarşısına çıxacaq.

​Qəza 2026-cı il mayın 28-nə keçən səhər baş verib. "Lamborghini" markalı avtomobilin sükanı arxasında olan Sterlinq Hempşirdəki M3 avtomagistralında (Minli nəqliyyat qovşağı yaxınlığında) səddə çırpılıb. Polisin məlumatına görə, hadisədə digər nəqliyyat vasitələri zərər görməyib, xəsarət alanlar barədə də məlumat verilməyib.

​Futbolçu hadisə yerində həbs olunub, sonradan isə istintaq müddətinə girov müqabilində sərbəst buraxılıb. Hempşir və Uayt Vayt adası polisinin rəsmi nümayəndəsi oyunçuya rəsmi ittihamların irəli sürüldüyünü təsdiqləyib. Məhkəmə iclası sentyabrın 15-nə təyin edilib.

​İngiltərə millisinin 31 yaşlı sabiq oyunçusu təhlükəli sürücülük, qanunsuz istifadə məqsədilə azot oksidin saxlanılması, həmçinin saxlanıldıqdan sonra nümunə təqdim etməkdən imtina etməkdə ittiham olunur. Qeyd etmək lazımdır ki, əvvəlcə polis futbolçunu narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə də şübhəli bilmişdi. Lakin sonradan bu ittiham ləğv edilib.

​Sterlinqə yaxın mənbənin verdiyi məlumata görə, onun orqanizmində narkotik istifadəsinin sübutları tapılmayıb. Futbolçu hazırda azad agent statusundadır. Onun son klubu Niderlandda "Feyenoord" olub.

Xəbər xətti