"Tvente" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşə çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Niderland təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Şanslarımıza inanırıq. Sabah bizim son şansımızdır. Hər şey məhz o zaman həll olunmalıdır. Heç bir bəhanə qəbul olunmur. Bir günlük əlavə vaxtımız var idi. Dünən axşam Bakıya gəldik. İki saatlıq saat qurşağı fərqi var. İqlimə də öyrəşmək lazımdır. Yaxşı şəraitdə səyahət etmişik. Sakit bir gün keçirdik. Bu gün üçün ən vacib məqam isə axşam məşqidir.
İlk matça dəfələrlə baxmışıq. Əla səviyyədə oynamasaq da, bir çox şeyləri yaxşı etdik. "Qarabağ" kimi komandanı məğlub etmək üçün hər kəs özünün ən yaxşı oyununu sərgiləməlidir. Sabah üçün əsas çağırış məhz bundadır. Bir həftə ərzində hazılıq görmək şansımız oldu. Buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlar əldə etdik və rəqibə nisbətən az şans verdik. Sabah son şansımızdır Var gücümüzlə mübarizə aparmaq üçün yetərincə əsaslarımız var".
saytlarin hazirlanmasi
