"Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - "Tvente"nin müdafiəçisi

18:33 - 26 Avqust 2026

"Tvente"nin futbolçusu ​Ruud Nijstad UEFA Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportal.az 18 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

"Avropada hər şey çempionatda öyrəşdiyinizdən fərqlidir. Gördünüz ki, imkanlardan yaxşı istifadə etmək lazımdır. "Ferentsvaroş"la matçda bundan yaxşı dərs aldıq. Mənə Avropa səviyyəsində sınağa çəkilmək xoş gəlir. Mövsümün başlanğıcını başqa cür təsəvvür edirdim. Lakin bu da gənc oyunçuların inkişafının bir hissəsidir. Əsas məsələ bundan sonra necə davranmağı bacarmaqdır. Şadam ki, indi hər şey qaydasındadır. Bu mövsüm qarşımıza avrokubokların əsas mərhələsinə vəsiqə qazanmaq məqsədi qoymuşuq. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Bütün diqqət indi buna yönəlib".

Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında Niderlandda baş tutan ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti