İngiltərəli hücumçu Premyer Liqada klubunu dəyişəcək

13:59 - 28 Avqust 2026

"Aston Villa"nın hücumçusu Temmi Abraham Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, ingiltərəli forvard "İpsviç Taun"a keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Premyer Liqaya yüksələn kollektiv 28 yaşlı futbolçunu icarəyə götürəcək.

Qeyd edək ki, "Aston Villa" Temmi Abrahamı bu ilin yanvarında "Beşiktaş"dan 21 milyon avroya ttransfer edib. İngiltərə millisinin sabiq üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti