Qərb derbisi üçün 5000 bilet satıldı

16:31 - 28 Avqust 2026

"Kəpəz" Misli Premyer Liqasının 3-cü turunda Gəncə şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək.

Sportal.az xəbər verir ki, Qərb derbisi üçün bilet satışı davam edir. Artıq 5000 bilet öz sahibini tapıb.

Biletləri Gəncə şəhər stadionunun bilet satış məntəqəsindən və iTicket.az platforması üzərindən onlayn əldə etmək mümkündür.

Bilet almaq üçün link: https://iticket.az/en/events/sport/kepez-pfk-turan-tovuz-pfk

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionu yenidən qurulduqdan sonra doğma  meydanda ilk oyununa çıxacaq. Qarşılaşma avqustun 30-da keçiriləcək və saat 18:00-da start götürəcək.

Xəbər xətti