"Atletiko"nun hücumçusu Xulian Alvares artıq üçüncü gündür ki, komandanın məşqlərində iştirak etmir.
Sportal.az xəbər verir ki, klub argentinalı futbolçunun yoxluğunu səhhətindəki problemlərlə izah edir. Eyni zamanda, hücumçunun bu yay mümkün gedişi ilə bağlı şayiələr fonunda vəziyyət əlavə diqqət çəkir.
Daha əvvəl "Barselona" Alvaresin transferi ilə bağlı razılığa gəlməyə çalışmışdı. Lakin "Atletiko"nun baş direktoru Migel Anxel Xil 26 yaşlı forvardın Kataloniya klubuna satışını qəti şəkildə rədd etmişdi.
Alvares yeni mövsümdə ilk dəfə avqustun 23-də meydana çıxıb. Argentina millisinin üzvü La Liqanın turunun "Vilyarreal"la ev matçında (2:2) fasilədən sonra oyuna qoşulub.
saytlarin hazirlanmasi
