"Aston Villa" tarixində rekord məbləğə transfer - RƏSMİ

22:31 - 28 Avqust 2026

Nikolas Cekson "Aston Villa" klubuna keçib.

Sportal.az xəbər verir ki, Birmingem klubu 2023/24 mövsümündən etibarən "Çelsi"yə məxsus olan hücumçunun transferini açıqlayıb.

Daha əvvəl bildirildiyi kimi, Seneqal millisinin futbolçusunun transferi bonuslar da daxil olmaqla 65 milyon funt-sterlinqə başa gələcək. Bu məbləğ “Aston Villa” tarixinin rekord transferidir.

Cekson ötən mövsümü "Bavariya"da icarə əsasında keçirib və Bundesliqada 23 oyunda 8 qol vurub.

Xəbər xətti