"Yuventus"un yarımmüdafiəçisi "Beşiktaş"da - RƏSMİ

12:19 - 29 Avqust 2026

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Yuventus"dan Fabio Mirettini bir mövsümlük icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" italiyalı yarımmüdafiəçisi üçün Turin klubuna 2,1 milyon avro təzminat ödəyib. Klublar arasındakı anlaşmada 23 yaşlı futbolçu üçün satınalma bəndi yer alıb.

Qeyd edək ki, Fabio Miretti "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti