Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

16:13 - 30 Avqust 2026

İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb. Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.

Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

Xəbər xətti