Mahir Emrelidən "Rakuv"un heyətində növbəti qol

20:06 - 30 Avqust 2026

Polşa Ekstraklasasında 6-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Yagelloniya”nı qəbul edib və 2:5 hesabı ilə məğlub olub. Oyunda hesabı 23-cü dəqiqədə Emreli açıb.

Bu, Mahirin “Rakuv”un heyətində vurduğu dördüncü qol olub. Onlardan ikisini futbolçu ölkə çempionatında vurub.

Hazırda “Rakuv” 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti