Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Turan Tovuz" 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:
"Ötən oyunla müqayisədə, bu matçda daha yaxşı oyun sərgilədik. Buna baxmayaraq məğlub olduq. Rəqib 1 epizod yaratdı və qol vurdu. Biz çox epizodlar yaratdıq".
- Sizi komandanın oyununda ən çox nə narahat edir?
- Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə probleər yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləcəyik.
- Balau və Vadji ilə çempion olmağa ümid edirsinizmi?
- Əlbəttə.
- Mövsümün əvvəlində "Turan Tovuz" azarkeşlərindən istefa səsləri eşidilirdi. Bu amil sizi narahat edir?
- Məni narahat etmir.
- Yeni stadionla bağlı düşüncələriniz?
- Ancaq sevinə bilərəm ki, Azərbaycanda belə stadionlar tikilir.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
