Ötən tur "Şamaxı" ilə bərabərə qalan "Turan Tovuz" yenə xal itirib. Tovuz klubu Gəncədə keçirilən matçda "Kəpəz"ə uduzub.
Sportal.az xəbər verir ki, həm oyun zamanı, həm də oyundan sonra azarkeşlər Kurban Berdiyevi istefaya səsləyib. Şüar səsləndirən fanatların arasından keçən rusiyalı mütəxəssis heç bir reaksiya verməyib.
Qeyd edək ki, hələ ötən mövsümün gedişində də Berdiyevin işindən narazılıqlar səsləndirilsə də, klubun rəhbəri Ehtiram Quliyev öz dəstəyini göstərib, onu baş məşqçi postunda saxlayıb.
saytlarin hazirlanmasi
