“Şalke” prezidenti Aksel Höfer “Bavariya”nın prezidenti Herbert Haynerlə birlikdə "Bild"ə verdiyi müsahibədə Bundesliqanın formatının dəyişdirilməsini və bununla turnirə marağın artırılmasını təklif edib.
Sportal.az xəbər verir ki, Höfer öz açıqlamasında bunları qeyd edib:
“Azarkeş nöqteyi-nəzərindən, hətta “Bavariya”nın öz baxışından da düşünmürəm ki, hazırkı vəziyyət ideal olsun. Oğlum 13 illik həyatı ərzində Almaniya çempionunun “Bavariya” olmadığı bir mövsümə cəmi bir dəfə şahid olub və bu, artıq darıxdırıcı olmağa başlayır.
Məncə, çempionatın formatına yenidən baxmaq “Bavariya”nın özü üçün də çox maraqlı olmalıdır. Beləliklə, onlar hər il Çempionlar Liqasında oynamağa davam edə və eyni zamanda çempionatı bir qədər də maraqlı edə bilərlər”.
saytlarin hazirlanmasi
