Ozan Can Türkiyə klubunda növbəti oyununa çıxdı

20:53 - 2 Sentyabr 2026

Futbol üzrə Türkiyə I Liqasında V turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan da bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.

5 turdan sonra 4 xal toplayan "Vanspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti