"Yuventus"da ciddi itki - 4 ay oynamayacaq

18:56 - 2 Sentyabr 2026

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Xefren Türam sıradan çıxıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Dizindən zədə alan fransalı yarımmüdafiəçi əməliyyat olunacaq. 25 yaşlı futbolçu təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Yuventus" Xefren Türamı 2024-cü ilin yayında "Nitsa"dan 20 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti