"Qalatasaray"ın müdafiəçisi ölkəsinə qayıdır

18:17 - 2 Sentyabr 2026

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, danimarkalı futbolçu "Norşellann"a keçəcək. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi yetirməsi olduğu Super Liqa klubu ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən 7 milyon avroya transfer etmişdi. Danimarka millisinin üzvü 2025/26 mövsümündə icarə əsasında İtaliyanın "Verona" klubunda çıxış edib.

Xəbər xətti