"Liverpul"un sabiq futbolçusu "Çelsi"yə keçə bilər

20:29 - 2 Sentyabr 2026

"Əl-İttifaq"dan ayrılan Corcinyo Veynaldum İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

London klubu hazırda azad agent statusunda olan 35 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Qeyd edəək ki, "Əl-İttifaq" Cercinyo Veynaldumu 2023-cü ilin yayında PSJ-dən 8 milyon avroya ttransfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu daha əvvəl İngiltərədə "Nyukasl" və "Liverpul"un formasını geyinib.

Xəbər xətti