"Real"ın transferlərində Mourinyonun güclü təsiri - Arbeloa, Ançelotti və Alonso ilə müqayisədə...

22:44 - 2 Sentyabr 2026

Joze Mourinyo uzun müddətdən sonra “Real”ın transfer kampaniyasında tam şəkildə iştirak edən ilk baş məşqçi olub.

Sportal.az "The Athletic"in məlumatına görə, klub rəhbərliyi son illərdə baş məşqçiləri heyətin gücləndirilməsi prosesinə o qədər də fəal şəkildə cəlb etmirdi, lakin indi vəziyyət dəyişib. Portuqaliyalı mütəxəssisin transfer qərarlarına göstərdiyi qədər təsir nə Karlo Ançelotti, nə Xabi Alonso, nə də Alvaro Arbeloada olub.

Klubda bu yay transfer bazarında aparılan işin olduqca uğurlu keçdiyini düşünürlər. Bu fikri həm Mourinyo, həm də klub rəhbərliyi bölüşür. Ümumi qənaət budur ki, heyət bütün titullar uğrunda mübarizə aparmağa hazırdır.

Bununla yanaşı, “Real”da komandaya oyunun tempini idarə edə biləcək bir yarımmüdafiəçinin hələ də çatışmadığı qənaəti var.

Madrid klubu bu yay Yan Diomande, Mark Kukurelya, Bernardo Silva, Denzel Dumfris və bir sıra digər futbolçularla müqavilə imzalayıb.

Xəbər xətti