"Mançester Yunayted" Kerriki istefaya göndərmək əvəzinə...

00:35 - 11 Noyabr 2026

“Mançester Yunayted” komandanın baş məşqçisi Maykl Kerriklə bağlı müxtəlif variantları müzakirə edir.

Sportal.az xəbər verir ki, klub Kerriki istefaya göndərmək əvəzinə hazırkı məşqçilər korpusunu gücləndirmək imkanını nəzərdən keçirir.

Namizədlərdən biri “Bavariya”nın baş məşqçisi Vensan Kompaninin köməkçisi vəzifəsində çalışan Aaron Denksdir.

Dənks daha əvvəl “Midlsbro”da Kerriklə birlikdə çalışıb və yayda “Mançester Yunayted”in məşqçilər korpusuna qoşulmağa namizədlərdən biri hesab olunurdu.

Xəbər xətti