"Başakşəhər"in kapitanı Əmrə Belözoğlunun "Fənərbaxça"ya keçməsi ehtimalı yüksəkdir.
Sportal.az xəbər verir ki, klub prezidenti Göksel Gümüşdağ bu barədə məlumat verib.
"Əmrə növbəti mövsüm "Fənərbaxça"da oynayıb, futbolçu karyerasına son qoymaq istəyir", - deyə "Başakşəhər"in prezidenti qeyd edib.
Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.
saytlarin hazirlanmasi