"The Sun" nəşri azərbaycanlı hakim Tofiq Bəhramovla bağlı məqalə dərc edib.
Sportal.az xəbər verir ki, yazıda DÇ-1966-da vacib qərar verən hakimlə bağlı bunlar qeyd edilib:
"Mayın 27-si Bakıya ağır səfər edəcək "Arsenal" və "Çelsi" azarkeşlərinə taksiyə minərək, şəhər daxilindəki ziyarət yerlərini önərəcəklər.
Bunu etsələr, ingilis futbolunun ən təsirli fiqurlarından birinə xeyir vermiş olacaqlar.
REX FEATURES
Foto: İngiltərə millisinin sabiq üzvü Ceff Hörst və Tofiq Bəhramovun heykəli.
DÇ-1966-nın finalında İngiltərə - Qərbi Almaniya matçında azərbaycanlı laynsman Tofiq Bəhramov britaniyalıların hücumçusu Ceff Hörstün əlavə vaxtda vurduğu qolu qeydə almışdı.
"Uembli"də DÇ-1966-da İngiltərənin kapitanı olan Bobbi Murun heykəli var.
Azərbaycanın paytaxtı Bakıda isə xalq keçmiş hakim Bəhramovun bürüncdən heykəlini ucaltdı.
Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, final görüşündə vacib və doğru qərar verdi.
1996-cı ildəki həlledici oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdı. Əlavə vaxtda 11 dəqiqə sonra Alan Bollun zərbəsi Ceff Hörstü tapdı və hücumçu topu qapıya göndərdi. İlk baxışda topun qapı xəttini keçib-keçmədiyi müəyyən olmadı.
İsveçrəli baş hakim Qottfrid Dienst topun qapıdan keçib-keçmədiyini soruşmaq üçün yan xətt hakimi Tofiq Bəhramovun yanına getdi.
50 ildən çoxdur ki, bu qol mübahisələrə səbəbdir. Bəhramov dil baryerinə baxmayaraq, başını sərt şəkildə sallayaraq qola əmin olduğunu göstərdi.
Həmin zamanlar qəzetləri Bəhramovu rusiyalı hakim kimi təqdim edirdi. Ancaq o, Bakıdan gəlmişdi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi.
Keçmiş futbolçu, məşqçi, hakim və idarəçi həyatının böyük hissəsini futbola həsr edib və 1993-cü ildə vəfat edib.
İkinci dünya müharibəsində döyüşən Bəhramov 1950-ci illərdə ciddi ayaq zədəsinə görə futbolçu karyerasını bitirdi. O, "Spartak", "Dinamo" və "Neftçi"də oynamışdı.
1966 və 1970-ci il dünya və Avropa çempionatlarına təyinatlar alıb. O, 1972-ci il UEFA kubokunun finalında "Tottenhem" - "Vulverhempton" matçını (2:1) idarə edib.
AP:ASSOCIATED PRESS
ALAMY
Almaniyalı futbolçular Tofiq Bəhramova sərt şəkildə etiraz edirdilər, ancaq təkrardan sonra onlar üzrxahlıq etdi.
Tofiq Bəhramovun oğlu Bəhram finaldakı qərarla bağlı bunları deyib: "Atam həmişə doğru qərar verdiyini müdafiə edib. Əlbəttə, bu, mübahisəli qərar idi, amma o, başı ilə təsdiq etdi, qərardan əmin idi. Fikrini dəyişdirməkdən imtina etdi, çox əmin idi".
Tofiq Bəhramov karyerasını başa vurduqdan sonra Azərbaycan Futbol Federasiyasında katib vəzifəsində çalışıb.
Tofiq Bəhramov adına stadion dünyada hakim adını daşıyan yeganə yerdir. Bu stadion 1993-cü ildən əvvəl Stalinin, ardınca Vladimir Leninin adını daşıyıb.
Azərbaycanda Tofiq Bəhramova böyük hörmət göstərilir. David Ellerey, Mark Klattenburq və ya Mayk Din kimi hakimlərin İngiltərədə şərəflərinə heykəl ucaldılmasını gözləməyəcəksiniz, deyil mi?
DÇ-1966-dan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.
Bəhram atası haqda daha sonra bunları dedi: "Azərbaycan müstəqil olduğu üçün Bəhramovun azərbaycanlı kimi xatırlanması çox doğrudur. Tofiq Bəhramov kimi insanlar yüz ildən bir doğulur. Atam həmişə doğru qərar verdiyini irəli sürüb".
"Qoldan sonra hakimi təzyiq altına salmaq istəyən almaniyalı futbolçular onu mühasirəyə aldılar. Ancaq o, çox qətiyyətli idi. Oyundan sonra almanlar topun qapı xəttini keçdiyini qəbul etdilər. Onlar oyundan sonra üzr istədilər, səhv etdiklərini və hakimin doğru qərar verdiyini bildirdilər", - deyə Bəhram qeyd edib.
ALAMY
Tofiq Bəhramov adına Respublika stadionu. Biz Mayk Din adına Arena adlandırılacaq stadion gözləmirik.
saytlarin hazirlanmasi