"Səbail"dən növbəti transfer

16:35 - 6 İyul 2019

"Səbail" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Mirsahib Abbasovu transfer edib. 26 yaşlı cinah yarımmüdafiəçisi ilə bir illik müqavilə imzalanıb. Abbasov yeni klubunda 9 nömrəli forma altında çıxış edəcək.

 

Onun adı "Səbail"in Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın “Krayova” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsininə daxil edilib.

 

Mirsahibin qardaşı Mirabdulla Abbasov da "Səbail"də çıxış edir.

 

Xəbər xətti