"Qəbələ" Adeniyini satdı - Transfer məbləği

17:41 - 6 İyul 2019

"Qəbələ" hücumçusu Ceyms Adeniyi ilə yolları ayırıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, nigeriyalı hücumçu karyerasını İsraildə davam edəcək. "Qırmızı-qaralar" 26 yaşlı hücumçunu "Hapoel İroni" klubuna bir illik icarəyə verib. İsrail təmsilçisi bu keçid üçün 100 min avrosundan keçib. Gələn mövsümün sonunda isə Kiryat-Şmona təmsilçisi Adeniyini 200 min avro qarşılığında birdəfəlik transfer etmək hüququna sahibdir.

 

"Qəbələ" Adeniyini ötən il Albaniyanın "Skenderbeu" klubundan 350 min avroya transfer etmişdi. Müqavilənin şərtlərinə görə, növbəti satışdan "Skenderbeu"ya 20 faiz pay düşəcəkdi. Ancaq Ceyms icarəyə verildiyi üçün Albaniya klubuna ödəniş olmayıb.

 

Adeniyi ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 oyuna 12 qol vurub. Onun müqaviləsi 2021-ci ilin yayında bitəcək.

Xəbər xətti