"Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Krayova" klubu ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Siyahıda "dənizçilər"in yeni transfer Kamal Bayramovun adı yoxdur. 33 yaşlı əlcək sahibinin iştirak ərizəsində olmamasının səbəbi isə onun zədəli olmasıdır.
Bu barədə Sportal.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib.
"Kamalın adı iştirak ərizəsinə daxil edilmədyib. Onun yüngül zədəsi var", - deyə klub rəsmisi qeyd edib.
Bayramovun əvəzinə isə "Səbail" iştirak ərizəsinə komandanın qapıçılar üzrə məşqçisi Fərhad Vəliyevi qeyd edib. 38 yaşlı mütəxəssis artıq ikinci dəfə karyerasını bərpa edib.
Bundan əlavə, Daniel Bojinovski və Elxan Əhmədov da sifariş edilən qapıçılardır.
Fərhad Vəliyev ilk olaraq 2018-ci ildə karyerasını bitirmiş və "Səbail"də məşqçiliyə başlamışdı. Ancaq o, ötən mövsüm karyerasını bərpa etmiş və "Səbail"in oyunlarında iştirak ərizəsinə daxil edilirdi. Ötən mövsüm başa çatdıqdan sonra əlcəklərini mıxdan asdığını deyən qapıçı Kamalın zədə almasına görə geri dönüb.
saytlarin hazirlanmasi