"Qarabağ" Avstriyada son məşqinə çıxdı

00:53 - 8 İyul 2019

“Qarabağ” bu gün Avstriyada son məşqinə çıxıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, son hazırlıq yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib.

 

Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

 

Qeyd edək ki, “Qarabağ” iyulun 8-də Albaniyanın Tirana şəhərinə yollanacaq. Ağdam klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani” ilə məhz bu şəhərdə qarşılaşacaq.

Xəbər xətti