"Qarabağ"la oyunda qapını Daşamir qoruyacaq

13:04 - 8 İyul 2019

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Albaniyanın "Partizani" klubunun qonağı olacaq.

 

Sportal.az newsport.al-a istinadən xəbər verir ki, qarşılaşmada Tirana klubunun qapısını Daşamir Çika qoruyacaq. Məlumata görə, baş məşqçi Franko Lerda çərçivəni 30 yaşlı qolkiperə həvalə edəcək.

 

Albaniyalı qapıçı 2014-cü ildən "Partizani"də çıxış edir. Paytaxt təmsilçisinin iştirak ərizəsində digər iki qapıçı - Alban Hoca və Aldo Teqya da var.

 

Oyun iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da start götürəcək.

 

Xəbər xətti